525.Az

"Türkiyə-Almaniya münasibətlərində mürəkkəb dövr geridə qalıb"


 

"Türkiyə-Almaniya münasibətlərində mürəkkəb dövr geridə qalıb"<b style="color:red"></b>

Türkiyə-Almaniya münasibətlərində mürəkkəb dövr geridə qalıb.

525.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Almaniya ilə Türkiyə arasında bir sıra məsələlərdə mövqeləri eynidir:

“Əminəm ki, mənim Almaniyaya səfərim iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Ölkələrimiz arasında mürəkkəb münasibətlər geridə qalıb”.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2016-cı ilin iyulunda Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra gərginləşmişdi. Almaniya həmin müddətdə Türkiyədə həyata keçirilən kütləvi həbsləri kəskin tənqid etmişdi.

 





01.10.2018    çap et  çap et