525.Az

Birinci kurs tələbələri AzMİU-nun nəzdindəki Heydər Əliyev Muzeyini ziyarət etdilər


 

Birinci kurs tələbələri AzMİU-nun nəzdindəki Heydər Əliyev Muzeyini ziyarət etdilər<b style="color:red"></b>

Oktyabrın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə İnşaat-texnologiya fakültəsinin birinci kurs tələbələri AzMİU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində olublar.

THİK sədri Bayram Aslanov, sədr müavini Şahmar Rəfili və AzMİU-nun Tarixi Muzeyinin direktoru Gülmira Məmmədova tələbələri muzeylə yaxından tanış ediblər.

THİK sədri B.Aslanov tələbələri yeni dərs ili münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. O, tələbələrin universitetlə tanışlığının Heydər Əliyev Muzeyi ilə başlaması təşəbbüsünün Ulu öndərin həyat və fəaliyyətinin daha dərindən öyrənilməsi baxımından önəmini xüsusi vurğulayıb. B.Aslanov Muzeyin ulu öndərin rəhbərliyi dövründə respublikada gedən quruculuq işlərini özündə əks etdirən foto, video materiallarla zəngin olduğundan danışıb.

Daha sonra Muzeyin direktoru G.Məmmədova tələbələrə universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Muzeyi barədə geniş məlumat verib.

AzMİU-nun nəzdində yerləşən muzeyin Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə 11 dekabr 2013-cü il tarixində açıldığını və mütəmadi olaraq universitetin tələbə və müəllimlərinin, universitetə təşrif buyuran xarici qonaqların muzeylə tanışlığının təşkil edildiyini söyləyib.

G.Məmmədova muzeydə Ümummilli liderin və Prezident İlham Əliyevin memarlıq və inşaat istiqamətlərinə aid layihələrinin otaq boyu stendlərdə təqdim olunduğunu, eləcə də foto və video materialların isə elektron monitorlarda nümayiş edildiyini diqqətə çatdırıb. Onları Sovet dövrü və müstəqillik illərində respublikamızda və inzibati rayonlarımızda aparılan tikinti və quruculuq işləri ilə tanış edib.

Tələbələr böyük monitorda dahi şəxsiyyətin həyatından bəhs edən sənədli filmi izləyib, stendlərdə yer alan iri miqyaslı layihələrə baxıblar. Sonda isə muzeyin nəzdində yerləşən Sərgi Salonunda Mexanika və informasiya texnologiyaları (MİT) fakültəsinin Texnoloji maşın və avadanlıqlar mühəndisliyi ixtisasında təhsil alan 3-cü kurs tələbəsi Elvin Rəhimlinin fərdi yaradıcılıq sərgisi ilə tanış olublar.

SEVİNC

 





01.10.2018    çap et  çap et