525.Az

"Füzulini əzbərdən bilən alim..." - Möhsün Nağısoylunun təqdimatında - ANONS


 

"Füzulini əzbərdən bilən alim..." - Möhsün Nağısoylunun təqdimatında - <b style="color:red">ANONS</b>

"Teymur Kərimli ilə görüşlərimizdə, təbii ki, söhbət klassik ədəbiyyatdan da düşürdü və bu zaman o, ilk növbədə anadilli poeziyamızın günəşi, "qəlb şairi" (Gibb) Məhəmməd Füzulidən söz açar və bu dahi söz ustadının qəzəllərindən seçmə beytləri özünəməxsus bir tərzdə ustalıqla əzbərdən deyər, sözün həqiqi mənasında çoxlarını feyziyab edərdi. Hətta bir dəfə söhbətimizdə mən ona dedim ki, Teymur müəllim, yəqin ki, sizin namizədlik işiniz Füzuli yaradıcılığına həsr olunubdur, ona görə bu böyük sənətkarın şeirlərinə daha dərindən bələdsiniz. O isə gülümsəyərək dedi ki, yox, mənim namizədlik işim də Nizami Gəncəvi yaradıcılığı haqqındadır. Füzuli şeirlərini əzbər bilməyim isə sadəcə olaraq, bu böyük şairə olan dərin sevgidən, qəzəllərinə ürəkdən vurğunluqdan irəli gəlir" - Möhsün Nağısoylunun "Ədəbiyyatşünaslıq elmimizin görkəmli siması" yazısından parça

- Nizami Gəncəvi irsinin tədqiqatçısı...

- Füzulini əzbərdən bilən alim...

- Klassik ədəbiyyatımızı orijinaldan araşdıran ədəbiyyatşünas...

YAZINI "525-Cİ QƏZET"İN SABAHKI NÖMRƏSİNDƏN OXUYA BİLƏRSİNİZ.

 





01.10.2018    çap et  çap et