525.Az

"Türkiyənin məqsədi təkcə öz ərazisində yox..."


 

"Türkiyənin məqsədi təkcə öz ərazisində yox..."<b style="color:red"></b>

Türkiyənin məqsədi təkcə öz ərazisində yox, həm də İraqda PKK-nı tamamilə məhv etməkdir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında bir sıra yaşayış məntəqələrini PKK-dan təmizləyib:

“Biz öz sərhədlərimiz yaxınlığında terror strukturlarının yaradılmasına və möhkəmlənməsinə imkan verməyəcəyik”.

Prezident əlavə edib ki, PKK Türkiyə üçün real təhlükədir.

 





02.10.2018    çap et  çap et