525.Az

"Böyük addımlarla təhsilli gələcəyə" start verildi


 

"Böyük addımlarla təhsilli gələcəyə" start verildi <b style="color:red"></b>

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin könüllü üzvləri tərəfindən "Böyük addımlarla təhsilli gələcəyə" sosial layihəsinə start verilib.

Layihə çərçivəsində tələbə gənclər abituriyent olmaq istəyən maddi durumu zəif olan ailələrin övladları üçün  bütün qruplar üzrə hazırlıq dərsləri təşkil ediblər.

Dərslər oktyabrın 1-dən "Loqos"un Nərimanov filialında başlayıb.

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Məmmədova könüllü gənclərdən ibarət müəllim komandası ilə görüş keçirib. Natiq bildirib ki, bu cür addımın gənclər tərəfindən həyata keçirilməsi olduqca müsbət haldır. T.Məmmədova qeyd edib ki, inanırıq ki, nəticə gözəl olacaq və tələbə olmaq istəyib, lakin maddi durumu buna imkan verməyən ailələrin övladları da tələbə adını qazana biləcəklər.

Görüşdə iştirak edən valideynlər könüllü gənclərə təşəkkürlərini bildiriblər.

ŞAHANƏ

 





02.10.2018    çap et  çap et