525.Az

Hekayə müsabiqəsinin qalibləri müəyyən olundu


 

<b style="color:red">Hekayə müsabiqəsinin qalibləri müəyyən olundu</b>

Avrasiya Yazarlar Birliyinin V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə mərhələsi yekunlaşıb.

Xatırladaq ki, müsabiqəyə 19 müəllifin 22 hekayəsi təqdim olunub.

Hekayələri Tahir Kazımlı, Natiq Məmmədli, Mirmehdi Ağaoğlu, Təranə Vahid, Cavid Zeynallı və Rəşad Məciddən ibarət münsiflər heyəti 10 ballıq sistemlə qiymətləndirib.

Nəticələrə əsasən, Reyhan Yusifqızının “Qumlu şəhərin hekayəti” (şərti adı SH1501) hekayəsi 50 balla birinci, Vüsal Nurunun “İlda” (şərti adı Fantesman) hekayəsi 45 balla ikinci, Aslan Quliyevin “Döyüşçü” (şərti adı Xudafərin59) hekayəsi 44 balla üçüncü yeri qazanıb.

Qaliblərin mükafatlandırılma tarixi barədə əlavə məlumat veriləcək.

Münsiflər heyəti qalibləri təbrik edir, qalib olmayanlara uğurlu yaradıcılıq fəaliyyəti arzulayır.

Cavid QƏDİR

 





02.10.2018    çap et  çap et