525.Az

Təhsil naziri Gəncədə vətəndaşları qəbul etdi


 

Təhsil naziri Gəncədə vətəndaşları qəbul etdi<b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov Gəncə Dövlət Universitetində Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini qəbul edib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında və Naftalan, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir qəbula yazılan vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, tələbələrin ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi və bərpası, diplomların verilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

S.QARAYEVA

 





02.10.2018    çap et  çap et