525.Az

Fizika üzrə Nobel mükafatı sahiblərini tapdı


 

Fizika üzrə Nobel mükafatı sahiblərini tapdı<b style="color:red"></b>

Bu gün İsveçin paytaxtı Stokholmda 2018-ci il Nobel həftəsi çərçivəsində fizika üzrə mükafat təqdim olunub.

Trend-in məlumatına görə, bu il bu mükafatı amerikalı Artur Aşkin, Donna Strikland və fransalı Jerar Muru əldə edib.

Onlar lazer fizikası sahəsində kəşflərə görə mükafata layiq görülüb.

Donna Strikland fizika üzrə Nobel mükafatı almış 3-cü qadın olub.

Qeyd edək ki, oktyabrın 3-ü kimya üzrə Nobel mükafatı təqdim olunacaq. Oktyabrın 5-i isə Nobel sülh mükafatı sahibini tapacaq.

 





02.10.2018    çap et  çap et