525.Az

Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtını elan etdi


 

Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtını elan etdi<b style="color:red"></b>

Ermənistanda növbədənkənar parlament seçkiləri dekabr ayında keçiriləcək.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan deyib.

Qeyd olunur ki, növbədənkənar seçkilərin keçirilməsi barədə qərar parlamentin spikeri Ara Balayan və parlamentdə təmsil olunan partiya fraksiyalarının rəhbərləri ilə görüş zamanı qəbul edilib.

Növbədənkənar parlament seçkilərinin dəqiq vaxtı yaxın zamanlarda elan olunacaq.

 





02.10.2018    çap et  çap et