525.Az

İraqın yeni prezidenti Bərham Saleh oldu


 

İraqın yeni prezidenti Bərham Saleh oldu<b style="color:red"></b>

İraq parlamentinin deputatları Bərham Salehi ölkə prezidenti seçiblər.

Trend-in məlumatına görə, Salehin lehinə 165 deputat səs verib.

Parlamentin iclasında 329 deputatdan 301-i iştirak edib, beləliklə spiker Məhəmməd Əl-Halbusi 3-cü cəhddən səsvermə üçün lazımi yetərsay toplaya bilib.

Deputatlar qarşısında and içərkən Saleh ərəb ölkəsinin müstəqilliyini və ərazi bütövlüyünü qorumağa söz verib.

 





03.10.2018    çap et  çap et