525.Az

İlyas Əfəndiyevin məzarı ziyarət olundu


 

İlyas Əfəndiyevin məzarı ziyarət olundu<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksinin professor-müəllim və tələbə heyəti Azərbaycan dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsini ehtiramla anıb, məzarı üstünə əklil və təzə-tər güllər qoyublar.

Anım mərasimində Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev çıxış edib:

"Bu gün XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biri, görkəmli xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etmiş, həm ölkəmizdə, həm də xarici ölkələrdə geniş şöhrət qazanmış ölməz sənətkarımız İlyas Əfəndiyevin əsərləri tariximizin və müasir dövrümüzün bədii salnaməsidir".

V. Əliyev onu da qeyd edib ki, İlyas Əfəndiyevin yaratdığı əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır.                                                                                     

Daha sonra tədbir iştirakçıları ölümündən 22 il ötən XX əsr Azərbaycan ədəbiyyatının klassiki və görkəmli sənətkarının, həyat və yaradıcılığından danışaraq onun ölkə ədəbiyyatı və teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.

 

 





03.10.2018    çap et  çap et