525.Az

Gömrük Komitəsinin nümayəndə heyəti Rusiya Gömrük Akademiyasının yubiley tədbirlərində


 

Gömrük Komitəsinin nümayəndə heyəti Rusiya Gömrük Akademiyasının yubiley tədbirlərində <b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru İqbal Babayevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiya Gömrük Akademiyasının 25 illik yubiley tədbirlərində iştirak etmək üçün Moskva şəhərinə səfər edib.

Səfərin ilk günü Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev Rusiyanın Federal Gömrük Xidməti rəhbərinin müavini Andrey Strukov və Gömrük Əməkdaşlığı İdarəsinin rəisi Sergey Konovalenko ilə rəsmi görüş keçirib. Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin vəziyyəti, sərhəd buraxılış məntəqələrində mal və nəqliyyat vasitələrinin keçidinin daha da sürətləndirilməsi, iki ölkə arasında aparılan ticarətin gömrük statistikası ilə bağlı məsələlər və problemlərin araşdırılması, müzakirə edilib, eləcə də Rusiya Gömrük Akademiyası ilə Dövlət Gömrük Komitəsinin Akademiyası arasında mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayənədə heyəti Rusiya Gömrük Akademiyasının 25 illiyi əlaqədar keçirilən təntənəli tədbirdə iştirak edib.

Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın gömrük xidmətlərinin və gömrük işi sahəsində tədris aparan ali təhsil müəssisələrinin nümayəndələri, Rusiya Gömrük Xidmətinin veteranları, yüksək səviyyəli dövlət rəsmiləri və müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbiri ali təhsil müəssisəsinin rəisi Vladimir Mantusov açaraq Akademiyanın ötən dövr ərzində əldə etdiyi nailiyyətlər, qarşıda duran vəzifələr haqqında məlumat verib.

Tədbirdə, eyni zamanda, Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin çıxış edərək, Rusiya dövlət başçısının yubiley ilə əlaqədar təbrik sözlərini iştirakçıların diqqətinə çatdırıb.

Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusovla görüşüb. Görüş zamanı Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Rusiya Gömrük Akademiyası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib, təhsil müəssisələri arasında ikili diplom proqramının təşkili imkanlarının araşdırılması, Rusiya Gömrük Akademiyasında tədrisin təşkili ilə bağlı müvafiq məlumatların, gömrük işinə aid dərsliklər və tədris vəsaitlərinin Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasına təmənnasız olaraq verilməsi, təcrübə mübadiləsinin aparılması üçün qarşılıqlı səfərlərin təşkilli məsələlərinə baxılması haqqında razılıq əldə edilib.

S.QARAYEVA

 





03.10.2018    çap et  çap et