525.Az

"İraqdakı azərbaycanlı uşaqların ölkəyə qaytarılması asan iş deyil"


 

"İraqdakı azərbaycanlı uşaqların ölkəyə qaytarılması asan iş deyil"<b style="color:red"></b>

İraqda olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması o qədər də asan iş deyil.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, bununla bağlı müxtəlif məlumatlar gəlir:
 
“Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə öz yaxın qohumlarının uşaqları İraqda olan insanları qəbul edərkən konkret faktlarla bağlı məlumatlar almışıq. Komitəyə edilən çoxsaylı müraciətləri müvafiq orqanlara ünvanlamışıq. Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir”.

Vitse-spiker qeyd edib ki, bu məsələ o qədər asan və rahat iş deyil:

“Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz. Ölkəmiz öz imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin”.

 





03.10.2018    çap et  çap et