525.Az

Rusiyalı nazir: "Avropaya qaz idxalı 100 milyard kubmetr artacaq"


 

Rusiyalı nazir: "Avropaya qaz idxalı 100 milyard kubmetr artacaq"<b style="color:red"></b>

Yaxın 10 ildə Avropaya qaz idxalının artım potensialı 100 milyard kubmetr həcmində qiymətləndirir.

Trend-in məlumatına görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak RF energetika həftəsində deyib.

A.Novak həmçinin bildirib ki, Rusiya bu il OPEK+ qərarı çərçivəsində neft hasilatını artırmaq imkanına malikdir: "Bu il 555 milyon ton həcmində hasilat gözlənilir".

Nazir Avropanın qaza olan marağını nəzərə alaraq, Rusiyadan qaz tədarükünün məhdudlaşdırılması ehtimalına inanmadığını qeyd edib.

 





03.10.2018    çap et  çap et