525.Az

Cəsarət Hüseynzadə: “İcraçılara yeni tapşırıqlar verilib”


 

Cəsarət Hüseynzadə: “İcraçılara yeni tapşırıqlar verilib” <b style="color:red"></b>

"Son dövrlər Azərbaycan və Rusiya arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması və bununla paralel olaraq, Ermənistan ilə Rusiya arasında müəyyən soyuq münasibətlərin yaranması prosesi gedir".

Bunu QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, mən deyərdim bunu hiss etmək uçun, diplomat olmaq da lazım deyil:

"Regionda yeni geosiyasi proseslərin getdiyi hamıya məlumdur. Qısa zaman kəsiyində Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə səfəri, Rusiya Prezidenti Vladimir Putinin Bakı səfəri bütün bunları təsdiqləyir. Diplomatiyada məşhur deyim var, "İngilislərin əbədi dost və düşmənləri yoxdur, dəyişməz mənfəətləri var".

Bu misalın mən düşmən hissəsinə deyil, dost və mənfəət hissələrinə diqqəti çəkmək istəyirəm. Azərbaycan və Rusiya münasibətləri məhz bərabərhüquqlu və qarşılıqlı maraqlar müstəvisində inkişaf edir. İndi bu proseslərə müxtəlif istiqamətdən yanaşanlar olacaq. Sözsüz ki, ölkə başçısı Azərbaycanın milli maraqlarını əsas tutaraq addımlar atır. Əsas hədəfi də Dağlıq Qarabağ problemin sülh yolu ilə həll olunmasına nail olmaqdır.

2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun nümayiş etdirdiyi hərbi güc və hazırda ordunun yüksək səviyyədə hazırlığı sülh danışıqlarında Azərbaycana əlavə imkanlar yaradır. Bütün bu məqamlar sözsüz ki, bəzi Qərb ölkələrini və onların beyin mərkəzlərini düşündürməyə vadar edir.

Bir neçə ildir ki, vətəndaş cəmiyyəti və ya siyasi mühacirlər adı altına xüsusi layihələr hazırlanır. Sosial şəbəkələr vasitəsi ilə şər və böhtan xarakterli məlumatların yayılması bu prosesdə əsas hədəflərdən biridir. Yaxın keçmişdə Azərbaycanda reallaşdırılmağa cəhd olunan “Facebook inqilabı” adlı layihə hər birimizin yadındadır. Bu həmin prosesin davamıdır, sadəcə prosesin məkanı Azərbaycandan Avropaya köçürülüb.

Qeyd etdiyim kimi, xaricdəki, “azərbaycanlılar” ölkəmizə qarşı şər böhtanların seriyasını genişləndirilməsi regionda baş verən müəyyən proseslərlə bağlıdır. Bu proseslər Qərb dövlətlərinin maraqlarına cavab vermədiyi üçün icraçılara yeni tapşırıqlar verilib".

 





04.10.2018    çap et  çap et