525.Az

Argentinanın sabiq prezidenti övladları ilə birgə məhkəmə qarşısına çıxacaq


 

Argentinanın sabiq prezidenti övladları ilə birgə məhkəmə qarşısına çıxacaq<b style="color:red"></b>

Argentinanın sabiq prezidenti Kristina Fernandes de Kirşner və onun övladları məhkəmə qarşısına çıxacaq.

Trend-in məlumatına görə, keçmiş prezident öz ailəsi ilə birgə maliyyə fırıldaqlarında və çirkli pulların yuyulmasında ittiham olunur.

Argentina prokurorluğunun fikrincə, K.F.de Kirşner 10 ildən çox müddətdə qanunsuz yollarla pul əldə edən cinayətkar qrupun başında dayanıb.

Məhkəmə prosesinin nə vaxt başlayacağı məlum deyil.

 





04.10.2018    çap et  çap et