525.Az

Bağdad Amreyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda


 

Bağdad Amreyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda <b style="color:red"></b>

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Bağdad Amreyev və rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.

Fondun prezidenti Günay Əfəndiyeva Bağdad Amreyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğur arzulayıb.

O, Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türk Şurasının VI Sammitində imzalanan sənədlərin və qəbul olunmuş qərarların türk dünyası üçün vacib əhəmiyyət kəsb etdiyini qeyd edib.

G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, məqsədləri vəhəyata keçirdiyi tədbirlərbarədə geniş məlumat verib.

Fond rəhbəri, həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fondun fəaliyyətinin təmin edilməsi ilə bağlı Sərəncamından və bunun əsasında Fond üçün Bakı şəhərinin mərkəzində ayrılan inzibati binadan, orada aparılan təmir-bərpa işlərindən söz açıb. 

Bakıya səfəri çərçivəsində ilk görüşünün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə keçirdiyini qeyd edən B.Amreyev öz növbəsində, fondun fəaliyyət istiqamətini yüksək qiymətləndirdiyini və bu baxımdanistər mədəniyyət, istərsə də digər sahələrdə Azərbaycanın türk dünyası üçün mühüm rol oynadığını, xalqları birləşdirən mərkəz olduğunu söylədi.

B.Amreyev Türk Şurası ilə digər türkdilli təşkilatlar arasında effektiv koordinasiyanın təşkili və  türk mədəniyyətinin inteqrasiyasının daha da inkişaf etdirilməsi istiqamətində işlərin aparılmasının əhəmiyyətini vurğulayib. Bu baxımdan baş katib ortaq fəaliyyətin bu qədim mirasın daha geniş maşstabda tanıdılmasında böyük töhfə verəcəyinə, Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında uğurlu əməkdaşlığa dair inamını bildirib.

Sonda qurumlar arasında əlaqələrin cari vəziyyəti və inişaf perpektivləri, o cümlədən, birgə həyata keçiriləcək programlar barədə danışıqlar aparılıb.

 





04.10.2018    çap et  çap et