525.Az

Növbəti SAT imtahanı keçiriləcək


 

Növbəti SAT imtahanı keçiriləcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 6-da növbəti SAT imtahanı keçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir.

 





04.10.2018    çap et  çap et