525.Az

"Şollerin arxivi"nin növbəti uğuru


 

"Şollerin arxivi"nin növbəti uğuru<b style="color:red"></b>

Azərbaycanda istehsal edilmiş "Şollerin arxivi" bədii filmi ABŞ-ın Kaliforniya ştatında yerləşən Hollivud Kino Mərkəzində keçirilən Qlobal Qeyrizorakı Film Festivalının ən yaxşı mövzu mükafatına layiq görülüb.

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. Mükafatın təqdimat videosu Festivalın "Vimeo" TV kanalına yüklənəcək. Festivalda 11 gün ərzində nümayiş etdirilmiş 32 filmin vidotəqdimatı da kanalın arxivində qalacaq. Bəzi tammetrajlı filmlərin videosu isə kinorejissorlarla saziş əsasında oktyabrın 2-də günün sonunda kanaldan götürüləcək. "Şollerin arxivi"nin bugünkü təqdimatı barədə məlumat festivalın saytında yerləşdirilib.

Qeyd edək ki, "Şollerin arxivi" bədii filmi son aylar beynəlxalq festivallarda xeyli uğur qazanıb. Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Bədii film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. Ekran əsərinin ilin sonuna qədər beynəlxalq festivallarda nümayişi nəzərdə tutulur.

 





04.10.2018    çap et  çap et