525.Az

Zaxarova: "Münaqişənin həlli üzrə müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmək olmaz"


 

Zaxarova: "Münaqişənin həlli üzrə müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmək olmaz"<b style="color:red"></b>

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmək olmaz.

Trend-in məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət meyilləri alqışlayır: "İndi bu müsbət meyilləri ehtiyatsız bəyanatlarla zədələmədən daha da inkişaf etdirmək lazımdır".

M.Zaxarova münaqişənin nizamlanması üzrə son görüşlər və problemin həllində Rusiyanın rolu barədə danışarkən deyib: "Biz də öz tərəfimizdən bu müsbət meyillərə mümkün qədər hər cür dəstək verəcəyik”.

 





04.10.2018    çap et  çap et