525.Az

Ötən ay 142-Çağrı Mərkəzinə 12 mindən çox müraciət daxil olub


 

Ötən ay 142-Çağrı Mərkəzinə 12 mindən çox müraciət daxil olub<b style="color:red"></b>

Sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə 12 493 müraciət daxil olub.

Nazirlikdən verilən məlumata görə, müraciətlər sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə ilə bağlı məsələləri əhatə edib.

12 044 müraciət (müraciətlərin 96,4 faizi) qeyd olunan məsələlərlə bağlı sorğu xarakterli olub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilərək, onların məlumatlandırılması təmin edilib. Digər müraciətlərdə əksini tapan məsələlər nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq, müvafiq tədbirlər görülüb.

Ümumilikdə cari ilin 9 ayında 142-Çağrı Mərkəzi tərəfindən 121 mindən çox müraciət cavablandırılıb.

CEYHUN

 





04.10.2018    çap et  çap et