525.Az

İsveçrə səfiri Gəncədə


 

FİLİP STADLER ÖLKƏSİNİN AZƏRBAYCANIN BÖLGƏLƏRİNİN İQTİSADİ POTENSİALI İLƏ DAHA YAXINDAN MARAQLANACAĞINI SÖYLƏYİB

İsveçrə səfiri Gəncədə <b style="color:red"></b>

İsveçrənin Azərbaycandakı səfiri Gəncədə olub.

Şəhər icra hakimiyyətində keçirdiyi görüşdə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder üç 3 ildir ki, Azərbaycanda alışdığını qeyd edərək, bu dəfəki səfərinin məqsədinin bölgələri daha yaxından tanımaq olduğunu dilə gətirib. O, Gəncə, onun tarixi, mədəniyyəti və xüsusilə də iqtisadiyyatı ilə yaxından maraqlanıb.

Görüş zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xatırladıb ki, Gəncə qədim İpək Yolu üzərində yerləşir və zəngin mədəni irsə sahibdir; həmçinin, hazırda Respublikanın ikinci böyük şəhəri olan Gəncədə Beynəlxalq Hava Limanı fəaliyyət göstərir ki, bu da öz növbəsində şəhərin turizm imkanlarını genişləndirir. Niyazi Bayramov onu da qeyd edib ki, hazırda prioritet sahələrdən biri Gəncəyə xarici investorların cəlb edilməsidir.

İsveçrə səfiri Filip Ştalder ölkəsində ticarət və səneyə sahələrinin daim dövlətin diqqət mərkəzində olduğunu bildirib, Azərbaycanın bölgələri, o cümlədən, Gəncə ilə iqtisadi sahədə əməkdaşlığın mümkünlüyündən danışıb. Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

Zakir Muradov
Gəncə

 





04.10.2018    çap et  çap et