525.Az

"Təhsil haqqında" qanun təhsilin bütün pillə və səviyyələrini əhatə edir"


 

"Təhsil haqqında" qanun təhsilin bütün pillə və səviyyələrini əhatə edir"<b style="color:red"></b>

Təhsil sistemimizin növbəti illərdə uğurlu inkişafına təsir edən "Təhsil haqqında" qanun təhsilin bütün pillə və səviyyələrini əhatə edir. 

Təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyir ki, qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub.

"Təhsil haqqında" qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib: "Bunu  dəyişikliyi zərurətə çevirən amil isə  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası prosesində bir çox yeniliklərin tətbiqi ilə bağlıdır. 

Ən böyük dəyişiklilərdən biri  6 yaşı tamam olan uşaqların məktəbə qəbulu qaydalarında edilib ki,  bu da valideynlər tərəfindən razılıqla qarşılanıb.  Bu vaxta qədər 6 yaşı sentyabrın 15-dən sonra tamam olanlar xüsusi komissiyaların rəyi əsasında məktəbə qəbul olunurdular. Hazırkı dəyişikliyə əsasən, bu məhdudiyyət aradan qaldırılıb. Digər mühüm  dəyişikliklərdən biri  beynəlxalq fənn,  respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır ki, bu da istedadlı gənclərin olimpiadalara olan marağını artıracaq. Bundan başqa,  qanuna əsasən, dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlər sertifikatlaşdırılacaq,  bu,   müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafını nəzərdə tutur. Məlumdur ki,  iqtisadiyyatın müasir şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması,  işəgötürənlərin tələblərinə cavab verən peşəkar mütəxəssis hazırlığı, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması bu sahəyə diqqətin artmasına səbəb olub".

M.Vəliyevanın sözlərinə görə, ötən tədris ilində ilk dəfə olaraq bu sahənin inkişafına böyük təkan verən "Peşə təhsili haqqında" qanunun qəbul olunması,  Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan "ASAN Peşə" təhsil mərkəzinın yaradılması mühüm yeniliklərdən oldu: "2018-2019-cu tədris ili üzrə "ASAN Peşə" layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib. Artıq 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.  Qəbulun "ASAN Peşə" çərçivəsində keçirilməsi prosesin şəffaflığını artırıb, əhatə dairəsinigenişləndirib.

Qeyd edim ki, yeni qanunvericilik təşəbbüsləri  ölkəmizdə təhsilin əlçatanlığının təmin edilməsinə,  daha keyfiyyətli insan kapitalının formalaşdırılmasına,  təhsilin məzmumun yaxşılaşdırılmasına,  bütövlükdə isə  təhsil sistemimizin inkişafına mühüm  töhfələr verəcək".

S.QARAYEVA

 

 





04.10.2018    çap et  çap et