525.Az

Türkiyə-Azərbaycan-Qazaxıstan formatının yaradılacağı istisna edilmir


 

Türkiyə-Azərbaycan-Qazaxıstan formatının yaradılacağı istisna edilmir<b style="color:red"></b>

Rəsmi Ankara Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli əməkdaşlıq formatının yaradılacağını istisna etmir.

Trend-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hazırda regionda Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-Türkmənistan kimi bir sıra əməkdaşlıq formatlarının olduğunu deyib:

"Bununla belə, Qazaxıstanın bu cür əməkdaşlıq formatına qoşulacağı istisna deyil".

Nazir qeyd edib ki, belə əməkdaşlıq formatları formal xarakter daşımır: "Bu formatlar çərçivəsində bir çox mühüm layihələr həyata keçirilib".

 





04.10.2018    çap et  çap et