525.Az

İqtisadiyyatı məhv olmuş Ermənistanın güclü ordudan danışması mümkün deyil


 

İqtisadiyyatı məhv olmuş Ermənistanın güclü ordudan danışması mümkün deyil<b style="color:red"></b>

Ermənistan hökumətinin bugünlərdə keçirilən iclasında 2019-cu il üçün dövlət büdcəsi layihəsi təsdiq edilib.

Erməni mətbuatının yazdığına görə, sənəddə hərbi xərclərin ciddi şəkildə artırılması nəzərdə tutulur. Artımın 647 milyon dollaradək (24,9 faiz) olacağı gözlənilir. Məlumata görə, əgər 2018-ci ildə Ermənistanın dövlət büdcəsinin hərbi hissəsi ÜDM-in 3,8%-ni təşkil edirsə, 2019-cu ildə bu, 4,5%-ə çatacaq. Nəzərə alsaq ki, NATO ölkələrinin çoxunda hərbi büdcə ÜDM-in yalnız 2%-ni təşkil edir, Ermənistan iqtisadiyyatı üçün bu göstəricilərdən 5-6%-dən yuxarı olmaq əlbəttə ki, çətin olacaq.

Mətbuat yazır ki, belə yüksək artım göstəricilərini maksimum daha 1-2 il müddətinə gözləmək lazımdır. Bundan əlavə, daha proporsional olanı büdcəsinin özünün artımı ilə bağlıdır.

Ermənistanın dövlət büdcəsində 2019-cu ilədək Rusiyanın krediti hesabına 89,2 milyon dollarlıq (ölkənin hərbi büdcəsinin 13,7%-i həcmində) texnika alınması da əksini tapıb. Bu günə qədər onların ikisi verilib: birinci - 2016-cı ildə 200 milyon dollar, ikinci - 2018-ci ildə 100 milyon dollar. Daha 100 milyon dollarlıq üçüncü kredit üçün də aktiv şəkildə müzakirələr aparılır.

Hərbi ekspert və iqtisadçı mövzunu şərh edib, onlar Ermənistanın hərbi büdcəsinin artırılması ehtimalının mümkün nəticələri,  iqtisadi risklər barədə danışıblar.

Hərbi ekspert, istefada olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, erməni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində qeyri-konstruktiv mövqe tutub və məlumdur ki, o, müəyyən bir tarazlıq yaratmağa çalışır. Çünki Azərbaycanda hər il hərbi büdcə və silah alışı artır. Bu, təbii bir prosesdir.

Hərbi ekspertin fikrincə, burda mühüm amil Azərbaycan və Ermənistanın eyni silah təchizatçısına malik olmasıdır: "Sentyabr ayında Azərbaycanın Rusiyadan 5 milyard dollarlıq silah almasına dair məlumat səsləndi. Rusiya münaqişə tərəflərinin hər ikisinə silah sataraq, bu vəziyyətdən yaxşı istifadə edir. Amma burda bir maraqlı məqam da var ki, Azərbaycan özü Rusiyadan alacağı silahları seçir, çünki Azərbaycan həlledici ölkədir, Ermənistan isə yalnız güzəştli kreditlər çərçivəsində Rusiya tərəfi nə  təklif edirsə, ona ala bilər".

Ş.Ramaldanov xüsusilə, qeyd edib ki, Azərbaycan Rusiyadan yeni zirehli texnika, raket və artilleriya silahları, tank əleyhinə silahlar, uçan aparatlar alıb. Digər tərəfdən, Ermənistan silah alarkən seçmək imkanı yoxdur, Rusiyanın silahlanma parkından çıxarılan silah nümunələri Ermənistana tədarük olunur.

Ermənistanın hərbi sektorunun perspektivlərinə gəldikdə, ekspert iqtisadi inkişaf perspektivi olmayan bir ölkədə müdafiə sektorunun düzgün inkişafının mümkün olmadığına əminliyini vurğulayıb: "Azərbaycan silah və avadanlıq səviyyəsinə görə Ermənistandan 4-5 dəfə yüksəkdədir. Hətta Ermənistan ölkədəki iqtisadi vəziyyəti təhlükə altına alaraq, özünü silahlandırmaqda davam edərsə, bunun heç bir təsiri olmayacaq.  Ermənistanın necə silahlanmasına baxmayaraq, Azərbaycan istənilən halda üstünlük təşkil edəcək və Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin onları məğlub etməsindən qaça bilməyəcəklər".

Global Firepower Index 2018-ci ildəki beynəlxalq hərbi qüvvə reytinqinə əsasən, Azərbaycan dünyanın 136 ölkəsi arasında 53-cü yeri tutur və 2017-ci ilə nisbətən mövqeyini 6 pillə yaxşılaşdırıb. Ermənistan 2018-ci ilin reytinqdə 84-ci yerdədir.

Global Firepower İndeksi hərbi büdcənin həcminə, hərbi gücə, ordunun çəkisinə, silahların sayından asılı olaraq, dünyanın dövlətlərinin hərbi gücünü vahid göstəriciyə görə qiymətləndirir.

Müstəqil iqtisadçı-ekspert Fuad Əlizadə isə hesab edir ki, Ermənistanın Azərbaycanla hərbi paritetin qorunması üçün nə insan, nə maliyyə resursları var: "Qeyd etmək kifayətdir ki, Ermənistanın xarici borcu artıq 5,5 milyard dollar təşkil edir ki, bu da ölkənin ÜDM-nin demək olar ki, yarısıdır, Azərbaycanın hərbi büdcəsi isə Ermənistanın bütün büdcəsinə bərabərdir. Belə reallıqlar olduğu halda, silahların artmasından danışmaq gülüncdir".

Ekspert düşünür ki, Ermənistanın ağır iqtisadi vəziyyəti, bir çox səbəbləri var, bunlardan biri də ölkədən yerli əhalinin kütləvi şəkildə çıxmasıdır.  Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində müstəqillik qazandıqdan sonra ölkənin əhalisi 3,5 milyon nəfər idisə, 2016-cı ildə bu say 2,9 milyona düşüb. Azərbaycanda  isə 1990-cı (7,2milyon) ildən etibarən əhalinin sayı artmaqda davam edib, 2016-cı ilin statistikasına görə, 9,7 milyona çatıb.

O deyib ki, bu günün reallıqlarını nəzərə alaraq, hərbi əməliyyatlar baş verə biləcəyi halda tamamilə uğursuzluğa  düçar olacaq Ermənistan mümkün qədər tez bir zamanda Azərbaycanla sülh müqaviləsi bağlayıb, malik olduğu kiçik maliyyə resurslarını isə milli iqtisadiyyatın dəstəkləməsinə yönəltməlidir ki, kütləvi tərketmənin qarşısını ala bilsin: "Nikol Paşinyan rəhbərlik etdiyi yeni hakimiyyət Ermənistanın iqtisadi perspektivləri baxımından heç bir müsbət dəyişiklik vəd etmir. Böyük investorlar siyasi vəziyyətin çox təhlükəli olduğu bir ölkəyə investisiya qoymayacaqlar. Ermənistanın iqtisadiyyatı artıq məhv olacaq durumdadır, belə bir vəziyyətdə güclü ordudan danışmaq mümkün deyil".

PƏRVANƏ

 





05.10.2018    çap et  çap et