525.Az

Yunanıstanın baş naziri dekabrda Rusiyaya səfər edə bilər


 

Yunanıstanın baş naziri dekabrda Rusiyaya səfər edə bilər<b style="color:red"></b>

Yunanıstanın baş naziri Aleksis Tsipras dekabr ayının ilk yarısında Rusiyaya səfər edə bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstanın diplomatik dairələrindən mənbə xəbər verib.

Mənbə bildirib: "Yunanıstan baş nazirinin Rusiyaya səfəri hazırda işlənilir. Səfərin bu ilin ilin sonunda baş tutacağınl istisna etmirəm. Ola bilsin ki, dekabrın birinci yarısında baş tutsun".

Xatırladaq ki, A.Tsipras ötən ay 2018-ci ildə Rusiyaya səfər etmək niyyətində olduğunu bildirmişdi.

 





05.10.2018    çap et  çap et