525.Az

Tramp hərbi hava qüvvələri nazirini istefaya göndərməyi planlaşdırır


 

Tramp hərbi hava qüvvələri nazirini istefaya göndərməyi planlaşdırır<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Hərbi Hava Qüvvələri naziri Hizer Uilsonu istefaya göndərməyi planlaşdırır.

Trend-in "Foreign Policy" nəşrinə istinadən verdiyi məlumata görə, D.Tramp H.Uilsonu kosmik qüvvələrin yaradılması üzrə işindən narazı qaldığına görə istefaya göndərmək niyyətindədir.

Nəşrin məlumatına əsasən, Uilsonun istefası noyabr ayında konqres seçkilərindən sonra baş tuta bilər, lakin bu barədə yekun qərar hələ qəbul olunmayıb.

Qeyd edilir ki, administrasiyada artıq yeni nazirin namizədliyini müzakirə edirlər. Ən çox ehtimal olunan namizədlərdən biri respublikaçı-konqresmen Mayk Rocers hesab olunur. M.Rocers kosmosun hərbi məqsədlərdə istifadə edilməsi ideyasını uzun zamandır dəstəkləyir.

 





05.10.2018    çap et  çap et