525.Az

Sentyabrda Təhsil Nazirliyinə 5935 müraciət daxil olub


 

Sentyabrda Təhsil Nazirliyinə 5935 müraciət daxil olub<b style="color:red"></b>

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 5935 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 3 811 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 124 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 2 006 sənəd (1 239 ərizə, 759 məktub, 8 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatların verilməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (866 müraciət) və çərşənbə axşamı (784 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (519 müraciət) günü, əsasən, saat 09:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

S.QARAYEVA

 





05.10.2018    çap et  çap et