525.Az

Milli Məclisin növbəti iclası başladı


 

Milli Məclisin növbəti iclası başladı<b style="color:red"></b>

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasda oktyabr ayının 1-də keçirilən iclasda gündəlikdə olan məsələlərin ardı müzakirə olunacaq.

Qeyd edək ki, Milli Məclisin oktyabr ayının 1-i və 5-nə təyin edilən iclaslarının gündəliyinə ümumilikdə 62 məsələ daxildir. Gündəliyin 45 məsələsi oktyabrın 1-də keçirilən iclasda müzakirəyə çıxarılıb, digər məsələlər isə bu gün müzakirə olunacaq.

Belə ki, iclasların gündəliyinə Azərbayan ilə bir sıra ölkələr arasında sazişlərin təsdiqi, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, Mülki Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, o cümlədən banklar haqqında qanuna, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna, "İpoteka haqqında" qanuna, "Pasportlar haqqında" qanuna və digər qanunlara təklif edilən dəyişiklik daxildir.

 





05.10.2018    çap et  çap et