525.Az

Nazarbayev nazirləri “hədələdi”


 

Nazarbayev nazirləri “hədələdi” <b style="color:red"></b>

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xalqa müraciəti zamanı nazirləri “hədələyib”.

Trend-in məlumatına görə, N.Nazarbayev nazirləri daha səmərəli işləməyə çağırıb, əks halda onları xarici mütəxəssislərlə əvəz edəcəyini deyib.

Prezident bildirib ki, ölkə bütün sahələrdə səmərəli şəkildə və bacarıqlı mütəxəssislər tərəfindən idarə olunmalıdır:

“Bu mütəxəssisləri axtarmaq lazımdır. Bizdə “Air Astana”ya kim rəhbərlik edir? İngilis. Nazarbayev Universitetinin rəhbəri kimdir? Yapon. Əgər yaxşı işləməsəniz, bütün mütəxəssisləri xaricdən dəvət edəcəyəm”.

 





05.10.2018    çap et  çap et