525.Az

"Mənim vətənim sənin gözlərindi..." - Xuraman Hüseynzadənin şeirləri - ANONS


 

"Mənim vətənim sənin gözlərindi..." - Xuraman Hüseynzadənin şeirləri - <b style="color:red">ANONS</b> İlk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını...
sonra mənə hədiyyə etdiyin kitabların tozu

saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını... - Xuraman Hüseynzadənin şeirləri

***

əllərimi sevirsən
incəliyi xoşuna gəlir
bu dəqiqə baxışların
oğrun-oğrun üstünü örtmür deyə
elə soyuqdur əllərim
bir bilsən...

Qağayılar gölə gəlməz
dənizə gəlməz ördəklər...
Hərənin öz vətəni var
mənim vətənim sənin gözlərindi
özümü axtardığım,
özümü gəzdiyim gözlərin
baxıb, baxıb
özümdən bezdiyim gözlərin

ŞEİRLƏRİN TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUDƏFƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ
 





06.10.2018    çap et  çap et