525.Az

Öz səsini yamsılaya bilməyən səs təqlidçisi - Tomas Bernhardın esseləri - ANONS


 

Öz səsini yamsılaya bilməyən səs təqlidçisi - Tomas Bernhardın esseləri - <b style="color:red">ANONS</b>

Böyük Avstriya yazıçısı, görkəmli nasir və dramaturq Tomas Bernhardın miniatür-esseləri ədəbiyyatşünas Seyfəddin Hüseynlinin tərcüməsində

***

... Ancaq bu adam fəlsəfə bazarı açmadı, təhsilini birdən-birə yarımçıq qoymağından, ömrünün 27 ilini Qocalar evində xidmətə həsr etməyindən danışdı. Qərarından peşman görünmürdü. Elə ilk xidmət günündəcə qocalardan birini üsulluca çarpayıdan qaldırmış, altını sahmanladıqdan sonra yenidən yatağına uzandırmışdı. Həmin qoca... Hamsun imiş.

***

O, Kalenberqdə bizim üçün yaxından-uzaqdan eşidib-bildiyimiz xeyli fərqli səsləri təqlid elədi. Hətta bir neçə sifarişimiz oldu, onları da həvəslə səsləndirdi. Lap axırda ondan öz səsini də yamsılamasını istədik, amma təqlidçi cavab verdi ki, mümkün deyil: heç cür alınmır. 

***

Pizanın meri ilə onun venesiyalı həmkarı sözü bir yerə qoyurlar ki, uzun illərdən bəri bu iki şəhərə eyni dərəcədə heyranlıq duyan qonaqları indi nəsə lap gözlənilməz hadisə ilə çaşdırsınlar; odur ki, Piza Qülləsini Venesiyaya, Kampanilanı (Müqəddəs Mark Kilsəsi - tərc.) da Venesiyadan Pizaya gizlincə köçürməyə qərar verirlər...

***

Əgər yerli mətbuat əslən elə oralardan olan, dünya şöhrəti, hətta ümumbəşəri ehtiram qazanmış  görkəmli bir sənətkardan yazırsa, onun “bəlli bir təmayülə mənsub” olması mütləq vurğulanır; bununla da ona öz doğma yurdunda çox böyük zərbə vurulmuş olur; əgər həmin sənətkar haqqında gerçək düşüncələrini, yəni məlum məmləkətdə doğulduğu,xüsusən də özləri mühüm bir iş görə bilməyən bu adamlarla eyni nəslə mənsub olduğu üçün ona nifrət etdiklərini, ömrünün axırına qədər - həm də öz həyatlarının sonunadək də nifrət duyacaqlarını açıq yazsaydılar, yəqin, bir elə ağır gəlməzdi.

ESSELƏRİN TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUFƏDƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





06.10.2018    çap et  çap et