525.Az

Azərbaycan-Rusiya İşgüzar Şurası ixracatçılarla görüş


 

Azərbaycan-Rusiya İşgüzar Şurası ixracatçılarla görüş <b style="color:red"></b>

Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə qida, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar və şirkət təmsilçisi iştirak edib.

Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov çıxış edərək bildirib ki, bu iclas cari ilin 27 sentyabr tarixində keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu və forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniştərkibli iclasının davamı olaraq keçirilir. Bildirilib ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının ixracatçılarla bu görüşü hər iki ölkə iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin, Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı sahibkarların müraciət və təkliflərini nəzərə alaraq təşkil olunub.

S.Qurbanov vurğulayıb ki, şura tərəfindən azərbaycanlı ixracatçılara öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək.

Sonda sahibkarların çıxışları dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

CEYHUN

 





06.10.2018    çap et  çap et