525.Az

Könlünüzdə bu arzuya yer varmı? - Rafael Hüseynovun təqdimatında - ANONS


 

Könlünüzdə bu arzuya yer varmı? - Rafael Hüseynovun təqdimatında - <b style="color:red">ANONS</b>

Şeyx Sənan dağı, Şeyx Sənan türbəsi də daxil olmaqla Tiflisdəki bütün tanış adlar və ünvanlar içərisində birinin yeri məxsusidir.

Tiflisin bəzəyi, sorağı lap çoxdan Gürcüstandan çox uzaqlara da yayılmış məşhur Nəbatat bağı.

1845-ci ildə ovaxtacan “Çar bağı” adlandırılmış, hökmdar ailəsinə məxsus olmuş bu gözəl məkan həmin il Qafqaz canişini Mixail Vorontsovun əmri ilə “Botanika bağı”na çevrildi.

***

XX əsrin ortalarında bağın növbəti genişləndirilməsi haqda qərar çıxarırlar və camaata da xəbər verirlər ki, ölülərini başqa məzarlıqlara köçürsünlər.

Xeyli adam gəlir və mərhumlarının qalıqlarını çıxarıb ayrı qəbiristanlıqlara aparır. Lakin müsəlman qəbiristanlığı çox köhnə idi, bir neçə yüzil yaşı vardı.

Lap qocaman qəbirlərdə yatanlardan kimlərinsə daha ardınca gələsi bir kəsi qalmamışdı, bəzilərinin də qohum-əqrəbası köçüb başqa yerə getmişdi.

Başda Mirzə Fətəlinin (1812-1878) qəbri olmaqla, bir neçə məşhur azərbaycanlının məzarı isə yeri dəyişdirilərək elə Nəbatat bağındaca bir qədər yuxarı hissəyə keçirilir.

Söz yox, Mirzə Fətəli burada torpağa tapşırılan ilk soydaşımız deyildi.

***

... Bizi biz edənlərdən olan dahi Mirzə Fətəli Axundzadə bu millətə yazıb-yaratdıqları ilə çox xidmət edib və etməkdədir.

Tale Mirzə Fətəlinin alnına elə ali millət xidmətkarlığı missiyası yazmışdı ki, hətta onun qəbri də, ehtiyac duyulanda, xalqın karına gəldi, dərdlərinə yaradı.

1920-ci ilin iyununda Tiflisdə Cümhuriyyətimizin ilk baş naziri Fətəli xan Xoyskini bolşeviklərlə ermənilər xosunlaşıb qətlə yetirdilər.

Düz bir ay sonra isə, 1918-ci ilin mayında İstiqlal Bəyannaməmizi ilk dəfə səsləndirmiş, Məclis-i Məbusanımızın - birinci parlamentimizin rəhbəri olmuş, rəsmən müavin sayılsa da, əvvəldən təqribən sona qədər millət məclisinə son dərəcə sağlam dövlətçi və millətpərvər mövqeyi ilə sədrlik etmiş Həsən bəy Ağayevi də eyni düşmənlər eyni fitnəkarlıqla Tiflisdə kürəyindən vurdular.

Şura hökumətinin qəddar düşmən saydığı bu sadiq vətənpərvərlərin məzarlarından da qisas alacağı istisna deyildi.

Ona görə də hər ikisini qəbirlərinin yeri məhrəm olmayanlara bilinməsin deyə başağacı qoymadan, məzarlarının üstünü yerlə bir edərək dəfn etdilər.

***

Şəxsən mən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Əlimərdan bəy Toçubaşının Parisdəki, Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin Tiflisdəki nəşlərinin Azərbaycana köçürülməsinin və neçə-neçə başqa əqidə, zəka və məslək zirvəmizin qərib qəbirlərinin Vətənə qaytarılmasının tərəfdarı deyiləm.
Çünki...

***

Bakıda Nəsiminin adını daşıyan rayonda, çoxlu dərəli, el arasında “Güllüdərə” deyilən yerdə, yastı-yapalaq gecəqondulardan ibarət, “gəl məni sök” deyən məhəlləni də gələcək Nəsimi bağı üçün öz aləmimdə gözaltı etmişəm. Burada bizə təzədən qayıdan Şairin ziyarətgaha çevriləcək məqbərəsi də qurulsun, indi şəhərin mərkəzində hündür binaların sıxıb görünməz etdiyi heykəli də köçsün həmin məkana.

YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUFƏDƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





06.10.2018    çap et  çap et