525.Az

ABŞ Konqresi Kavanonu Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq etdi


 

ABŞ Konqresi Kavanonu Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq etdi<b style="color:red"></b>

ABŞ Senatı Brett Kavanonu Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib.

Kavanonun namizədliyi üzrə səsvermə Vaşinqtonda Ali Məhkəmə və Konqres binaları qarşısında onun bu vəzifəyə təyinatına qarşı keçirilən etirazlar fonunda baş tutub.

Səsvermə zamanı qapı arxasında olan və əksəriyyətini qadınlar təşkil edən etirazçıların qışqırıq səsləri eşidilib. Onlar iclasın gedişatına mane olmağa çalışıblar. Bu səbəbdən vitse-prezident Mayk Pens təsdiqetmə prosedurunu bir neçə dəfə dayandırmalı olub.

 





07.10.2018    çap et  çap et