525.Az

Rayonlarda yenə yağış yağacaq


 

Rayonlarda yenə yağış yağacaq<b style="color:red"></b>

 Bakı və Abşeron yarımadasında avqustun 13-də yağmursuz hava şəraiti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub- şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-25, gündüz 30-35 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında avqustun 13-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 18-25, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 21-25 dərəcə isti olacağı proqnozlaşdırılır.
 
Yaxın 3 gün ərzində Abşeron yarmadasında nisbətən sabit hava şəraiti olacaq.
 

 





12.08.2013    çap et  çap et