525.Az

"İnterpol" prezidenti istefa verdi


 

"İnterpol" prezidenti istefa verdi<b style="color:red"></b>

"İnterpol" prezidenti Men Hunvey istefa verib.

Trend-in məlumatına görə, bu barədə beynəlxalq təşkilatın bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur: "Bu gün, oktyabrın 7-də, "İnterpol"un Fransanın Lion şəhərindəki Baş Katibliyi Men Hunveydən "İnterpol" prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir".

Qaydalara əsasən, qurumun yeni başçısı baş vitse-prezident Kim Çon Yan olacaq. Yeni prezident seçkiləri isə qurumun Baş Assambleyasının sessiyası çərçivəsində, BƏƏ-də 18-21 noyabr tarixlərində seçiləcək.

 





08.10.2018    çap et  çap et