525.Az

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümü başlayır


 

“İRƏLİ”NİN TƏŞKİL ETDİYİ LAYİHƏDƏ 70-dən ARTIQ RAYONDAN 1500-dək GƏNCİN İŞTİRAKI GÖZLƏNİLİR

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümü başlayır<b style="color:red"></b>

“İrəli” İctimai Birliyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümünə başlayır.

Təşkilatdan verilən məlumata görə, layihənin keçirilməsində məqsəd gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual rəqabətə davamlı gənclərin hazırlanmasıdır.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq yarışlar üçün rəqabət qabiliyyəti yüksək səviyyədə olan gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Sədr bildirib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun – “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı” üzrə baş tutacaq layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500-dək gəncin iştirakı gözlənilir.

Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək.

Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan, Bakı və digər şəhər-rayonlarda keçirilməsi planlaşdırılır.

Layihə 2 mərhələdən ibarət olacaq. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçiriləcək. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaq.

Layihənin final mərhələsinin Bakıda keçirilməsi planlaşdırılır.

Ceyhun ABASOV

 





08.10.2018    çap et  çap et