525.Az

Azərbaycan bir sıra yüksək səviyyəli toplantılara ev sahibliyi edəcək


 

Azərbaycan bir sıra yüksək səviyyəli toplantılara ev sahibliyi edəcək<b style="color:red"></b>

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində bir sıra yüksək səviyyəli toplantılara ev sahibliyi edəcək.

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Məlumata görə, oktyabrın 25-də QDİƏT nəqliyyat nazirlərinin görüşü, 4 dekabrda informasiya texnologiyaları və kommunikasiya nazirlərinin görüşü və dekabrın ortalarında isə Xarici İşlər Nazirləri Şurasının Bakıda toplantısının keçirilməsi nəzərdə tutulub.

 





08.10.2018    çap et  çap et