525.Az

AYB-nin Moskva bölməsinə yeni sədr təyin olundu


 

AYB-nin Moskva bölməsinə yeni sədr təyin olundu<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinə yeni sədr təyin edilib.

Bölmənin yeni sədri tanınmış qələm adamlarımızdan olan tərcüməçi, tənqidçi-publisist Abuzər Bağırovdur. 

A.Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində ali təhsil alıb.

Bədii yaradıcılığa 70-ci illərin axırlarından başlayıb. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun tərcümələri, ədəbi tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap edilir.

İndiyə qədər AYB Moskva bölməsinin sədri professor Tofiq Məlikli olub, katibi isə şair Nəsib Nəbioğludur. AYB rəhbərliyi Bölmə sədri kimi indiyədək gördüyi işlərə görə Tofiq Məlikliyə təşəkkür elan edib.

 





09.10.2018    çap et  çap et