525.Az

Elçin Hüseynbəylidən Qarabağ mövzusunda yeni kitab


 

Elçin Hüseynbəylidən Qarabağ mövzusunda yeni kitab <b style="color:red"></b>

Tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın) yeni kitabı işıq üzü görüb.

"Qarabağ hekayələri" silsiləsidən olan "Gözünə gün düşür" adlı kitaba müəllifin Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi (müharibəsi) ilə bağlı 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib.

333  səhifəlik, nəfis dizaynlı kitabı "Yeni poliqrafist" nəşriyyatı çap edib.

Kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.

"Gözünə gün düşür"ün geniş təqdimatı oktyabrın sonları, noyabrın əvvəllərinə planlaşdırılır.

Qeyd edək ki, daim Qarabağ mövzusuna müraciət edən müəllifin ilk hekayəsi "Küləkli çöl" adlanır və 1989-cu ildə qələmə alınıb. Hekayə 1991-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxıb. Son hekayə -   "Sevgiylə döyüşmək" bu ilin aprelində nəşr edilib.

Kitab nəşriyyat və müəllif tərəfindən oxuculara hədiyyə ediləcək.

 





09.10.2018    çap et  çap et