525.Az

"Kifayət" kifayət etmədi...


 

"Kifayət" kifayət etmədi...<b style="color:red"></b>

Millət vəkilləri müvafiq qanunlardakı "ekspertiza" və "ekspertiza rəyləri" sözlərinə etiraz ediblər.

Onlar xüsusilə, ekpertizaların, ekspertiza rəylərinin çox zaman doğru olmadığını və həqiqətə əks etdirmədiyini, qanunlara da inamın azaldılmasına gətirib çıxardığını vurğulayıblar.

Qeyd edək ki, bu məsələyə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında ilk öncə millət vəkili Vahid Əhmədov toxunub.

O qeyd edib ki, ekpertizalar və ekspertiza rəyləri boş məsələlərdir: "Onlar bir çox hallarda həqiqəti əks etdirmirlər, mənasız olurlar..."

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə də millət vəkilini dəstəkləyib: "Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxmır. Axı, o biliyi kim müəyyən edir?! Mən elə başa düşürəm ki, bu, qeyri-ciddi məsələdir. Vahid müəllimin dediyində də həqiqət var... "Sənədlər yararsız olduqda və kifayət qədər olmadıqda" - deyə, qanun layihəsində qeyd edilir. Amma bu "kifayət" sözünü aydınlaşdırmalıyıq. Aydınlaşdırmalıyıq ki, o nə deməkdir, nəyi ehtiva edir?"

Kamil HƏMZƏOĞLU

 





09.10.2018    çap et  çap et