525.Az

Ötən ay 238 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub


 

Ötən ay 238 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məşğulluq mərkəzləri tərəfindən sentyabr ayında 238 işaxtaran və işsiz vətəndaş haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Nazirlikdən verilən məlumata görə, onlardan 44-nün əmək haqqı xərcləri məşğulluq mərkəzləri tərəfindən maliyyələşdirilib, 194-ünün əmək haqqı xərcləri müəssisə tərəfindən ödənilib.

Haqqı ödənilən ictimai işlərə Naxçıvan Muxtar Respublikası üzrə 50, Gəncə şəhəri Nizami rayonu üzrə 15, Ağstafa rayonu üzrə 3, Daşkəsən rayonu üzrə 10, Qazax rayonu üzrə 16, Qax rayonu üzrə 10, Qəbələ rayonu üzrə 4, Ağcabədi rayonu üzrə 12, Beyləqan rayonu üzrə 22, Hacıqabul rayonu üzrə 20, Tərtər rayonu üzrə 20, Xocavənd rayonu üzrə 12, Şamaxı rayonu üzrə 44 nəfər cəlb olunub.

Qeyd edək ki, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.

CEYHUN

 





09.10.2018    çap et  çap et