525.Az

İranda kartof, tomat və heyvan yeminin ixracı qadağan olundu


 

İranda kartof, tomat və heyvan yeminin ixracı qadağan olundu<b style="color:red"></b>

İranın sənaye, mədən və ticarət naziri kartof, heyvan və quşların yemi və pomidor tomatının ixracını qadağan edib.

Trend-in məlumatına görə, bu barədə nazir Məhəmməd Şəriətmədari İranın Baş Gömrük İdarəsinin rəisi Furud Əsgəriyə məktub ünvanlayıb.

Məktubda kartof, heyvan və quşların yemi və pomidor tomatının 12 oktyabr 2018-ci il tarixindən məlumat verilənədək qadağan olunduğu elan edilib.

 





09.10.2018    çap et  çap et