525.Az

Yaponiyada pələng baxıcısını parçaladı


 

Yaponiyada pələng baxıcısını parçaladı<b style="color:red"></b>

Yaponiyanın Kaqosima şəhərinin zooparkında nadir ağ pələng heyvan baxıcısını parçalayıb.

Trend-in məlumatına görə, 40 yaşlı şəxs pələngin saxlandığı volyerdə huşsuz vəziyyətdə tapılıb.

Ağır yaralı baxıcını xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.

Hücumdan sonra pələng yuxu dərmanı ilə yatızdırılıb. Onun sonrakı taleyi barədə məlumat verilməyib.

 





09.10.2018    çap et  çap et