525.Az

Bakıda gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi təşkil olunacaq


 

Bakıda gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi təşkil olunacaq<b style="color:red"></b>

Bakıda oktyabrın 15-dən 18-dək gənc caz ifaçılarının “Mən cazmenəm!” adlı beynəlxalq müsabiqəsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müsabiqə Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşəcək.

Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq müsabiqə qaliblərin mükafatlandırılması və qala konsertlə başa çatacaq.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi və “Jazz Dünyası” jurnalının dəstəyi ilə oktyabrın 14-dən 28-dək təşkil ediləcək.

 





09.10.2018    çap et  çap et