525.Az

Valyutadəyişmə məntəqələrinin açılmasına start verilir


 

VAHİD ƏHMƏDOV: "MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASINDAN DEDİLƏR Kİ, ARTIQ MƏSƏLƏ YOLUNA QOYULMAQ ÜZRƏDİR"

Valyutadəyişmə məntəqələrinin açılmasına start verilir<b style="color:red"></b>

"Yaxın günlərdə Azərbaycanda, xüsusilə, paytaxt Bakıda valyutadəyişmə məntəqələrinin yenidən açılmasına başlanılacaq".
 
Bu haqda "525"ə açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Millət vəkili bu məsələnin bir neçə müddətdir problemə çevrildiyini, onunla bağlı dəfələrlə iradlar bildirildiyini və artıq iradların nəzərə alınaraq, problemin yoluna qoyulması istiqmətində hazırlıqlara balanıldığını deyib. "Mən Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru ilə bu məsələ barədə danışmışam. Mənə bildirildi ki, artıq məsələ yoluna qoyulmaq üzrədir. Çox yaxın günlərdə valyutadəyişmə məntəqələrinin açılmasına başlanılacaq. Dəqiq say barədə bir söz deyə bilməsəm də, hesab edirəm ki, onlar daha çox insanların gur olduğu məkanlarda, iri ticarət mərkəzlərində, dəmiryolu vazğalında, avtovağzalda, Hava Limanında, nəqliyyatın, gediş-gəlişin gur olduğu yerlərdə açılmalıdır və açılacaq. Artıq insanların bu məsələdəki əziyyətinə, narahatlığına son qoyulacaq" - deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





10.10.2018    çap et  çap et