525.Az

Elman Məmmədov: "Niyə Hakopyandan soruşmadılar ki?.."


 

Elman Məmmədov: "Niyə Hakopyandan soruşmadılar ki?.."<b style="color:red"></b>

"Azərbaycan ərazilərini 30 ilə yaxındır işğal altında saxlayan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlaından yayınan təcavüzkar Ermənistan bu gün dünyada özünü sülhpərvər, sülhsevər dövlət kimi göstərməyə çalışır".

Bu barədə millət vəkili Elman Məmmədov Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın bir qrup Rusiya vətəndaşı ilə qanunsuz olaraq işğaldakı Azərbaycan ərazilərinə səfər etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, indiyə kimi Ermənistanda hakimiyyətdə olan şəxslər hər cəhdlə münaqişənin uzanmasına, status-kvonun saxlanmasına çalışıblar. Hazırkı baş naziri Nikol Paşinyan da özündən əvvəlki rejimlərin bu siyasətinə sadiqliyini göstərir.

Eyni zamanda, onun həyat yoldaşı da sülh missiyası adı altında beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla məşğuldur:
 
"Xocalı kimi kimi soyqırımı  törədənlər, bir milyondan çox azərbaycanlını doğma yurd yuvasından didərgin salanlar, xalqımızın 30 mindən çox övladını şəhid edənlər indi özlərini sülhməramlı,  sülhsevər kimi göstərməyə çalışırlar. Baş nazir Nikol Paşinyan bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı da sülhdən danışdı. Bu insanlar sadəcə görüntü xatirinə özlərini sülhməramlı kimi göstərirlər. Bütün dünyaya sülh nağılı danışırlar. Ancaq artıq onların nağıllarına heç kimin inanmadığının fərqində deyillər. Demək, mənim torpaqlarımı işğal etmisən, xalqıma, millətimə qarşı soyqırım törətmisən, bir milyondan çox insan köçkün və məcburi qaçqın vəziyyətindədir, bu gün sən işğal olunmuş torpaqlarda ağlına gələn bütün hərəkətləri edirsən. Bu hərəkətlər isə eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu cür hərəkətlərdən sonra necə deyə bilərlər ki, sülh tərəfdarlarıdırlar, sülh istəyirlər?! Bu, mümkün deyil axı. Gərək əməldə də hansısa addımı atasan. Ancaq əməldə hansı addımı atırlar, hər şey açıq-aydındır".

Millət vəkili deyib ki, Paşinyanın həyat yoldaşının Dağlıq Qarabağa qanunsuz olaraq gətirdiyi Rusiya vətəndaşlarının hadisələr barədə məlumatlı olmalarına əmindir:

"Mən inamıram ki, onlar nə baş verdiyini, münaqişənin detalları barədə bilməsinlər. Əlbəttə ki, bilirlər, lakin onları həvəsləndirib gətiriblər. Çox güman ki, həvəsləndirmə metodları var və bundan məharətlə istifadə ediblər. Yoxsa bu adamlar qanunsuz səfər etmələrinin fərqindədirlər. 

Digər tərəfdən, niyə o qadınlardan heç biri Hakopyandan soruşmadı ki, dünya xəritəsində Azərbaycan əraziləri kimi təsdiqlənmiş dayandığımız bu torpaq nə vaxtdan sizin olub,  bu cür addımlarla siz necə sülh istəyə bilərsiniz? Əgər sülhdən danışırsansa, işğal etdiyin torpaqlardan geri çəkil.  Bizim 1988-ci ilə qədər mövcud olan torpaqlarımız, sərhədlərimiz bərpa olunsun, qayıdaq öz doğma yurd yuvamıza,  ondan sonra sülh haqqında danışaq. Amma işğalçı olub, soyqırım törədib, üstəgəl, yalançı sülhdən danışmaq üçün gərək son dərəcədə həyasız olasan. Bundan artıq ola bilməz".

E.Məmmədov hesab edir ki, rəsmi Moskva bu cür səfərlərin qarşısını almaq üçün müəyyən addımar ata bilər:

"Qarabağa qanunsuz səfər etmiş şəxslər sıradan olan insanlar deyil, hərəsi bir ictimai təşkilatı, hətta Rusiya Dumasını da təmsil edən var. Rusiya parlamentinin üzvü Konstantin Zatulin də bilirsiniz ki, ermənilərin sifarişi ilə Azərbaycana qarşı şər böhtan, kampaniyası aparır. O da sıradan bir şəxs deyil, Rusiya Dumasıda vəzifə tutur. 

Düşünürəm ki, Rusiyanın rəsmi dairələri onlara müəyyən xəbərdarlıq etməlidirlər. Əlbəttə ki, Zatulin, həmin qadınlar Rusiya ilə münasibətlərimizə kölgə sala bilməzlər. Hazırda iki ölkənin əlaqələri çox yüksək səviyyədədir, iki ölkənin liderləri arasında çox yaxın münasibətlər var, il ərzində dövlət başçıları dəfələrlə görüşüblər. Əlaqələrimiz inkişaf edir və daha da yaxşı olacaq. Ancaq bu münasibətləri pozmaq istəyən müəyyən qüvvələr var ki, onlar daim bu istiqamətdə çirkin planlar düşünürlər. Barəsində danışdığımız qanunsuz səfər, Zatulinin fəaliyyəti də bu məqsədə xidmət edir. Bunların qarşısını almaq üçün təbii ki, Rusiya müəyyən tədbirlər görməli, izahat işləri aparmalı, qadağalar tətbiq etməlidir".

Xatırladaq ki, Paşinyanın həyat yoldaşı Anna Hakopyan Rusiyadan olan bir qrup qadının qanunsuz olaraq Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfərini təşkil edib. 

"Qadınlar sülh naminə" təşəbbüsü çərçivəsində həyata keçirilən bu qanunsuz əməl əslində, sülh prosesini pozmağa yönəlmiş bir addımdır. Səfərdə Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova da daxil olmaqla, bu ölkənin siyasət adamları, ziyalılar, jurnalistlər iştirak edib.  Azərbaycan XİN məsələ ilə bağlı araşdırma aparır və həmin şəxslərin adı "arzuolunmayan şəxslər" siyahısına daxil ediləcək.

PƏRVANƏ

 





10.10.2018    çap et  çap et