525.Az

Bakıda beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək


 

Bakıda beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək <b style="color:red"></b>

Oktyabrın 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Payız Əfsanələri” adlı beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək.

Trend-in məlumatına görə, təşkilatçılar Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər İttifaqıdır.

Yarışmanın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxartmaqdır. Həmçinin regionlarda olan istedadlı gənclərin tanıdılmasıdır. Gürcüstandan və Rusiyadan gələn qrupların vokal və xoreoqrafik çıxışları gözlənilir.

“Payız Əfsanələri” yarışmasında aşağıdakı janrlarda iştirakçıların çıxışları gözlənilir:

folklor, klassik, estrada , incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya.

4 yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər. İştirakçılar baby (4-7 yaş), uşaq (7-10 yaş ), cunior (yeniyetmələr 11-15 yaş), ergin (böyüklər 16 yaşdan yuxarı) yaş kateqoriyalarına bölünürlər.

Hər bir janrda bu kimi nominasiyalar var: solo, duet, kiçik qruplar və ansambllar.

Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır (bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyat nömrəsi ilə aparılır.

Münsiflər heyyəti Azərbaycanın əməkdar artistləri və incəsənət xadimlərindən ibarətdir.

Azərbaycan Gənclər İttifaqı hər kəsi bu beynəlxalq incəsənət müsabiqəsində iştirak eləməyə dəvət edir.

Qeydiyyat üçün əlaqə:

[email protected]

+994557079002
+994124971236

 





10.10.2018    çap et  çap et