525.Az

YAP Sumqayıt təşkilatı Sumqayıt Dövlət Dram Teatrında


 

YAP Sumqayıt təşkilatı Sumqayıt Dövlət Dram Teatrında <b style="color:red"></b>

Sumqayıt Dövlət Dram Teatrının repertuar siyasətinin zənginliyi, mövzu dairəsi və müxtəlif yaş təbəqəsini əhatə edən tamaşaçıya hesablanmış çeşidi ilə seçilir.

Teatrdan Trend-ə verilən məlumata görə, ötən həftə məşhur türk yazıçısı Turqut Özakmanın "Ocaq" əsərinin səhnə versiyası Yeni Azərbaycan Partiyası Sumqayıt təşkilatının üzvləri qarşısında nümayiş etdirilib.

Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşanın məğzində bir ailənin düşdüyü çətin durum təsvir olunur və çıxış yolları aranır, hər zaman bir ümidin qaldığı təlqin edilir. Ailə dramını təbii və inandırıcı boyalarla təqdim edən truppa- əməkdar artistlər Növrəstə Həşimova, Rauf Aqakişiyev, Cəlal Məmmədov, aktyorlar Xatirə Süleymanova, Habil Xanlarov, Şəmistan Süleymanlı, İlahə Səfərova, başqaları mükəmməl oyun nümayiş etdiriblər.

 





10.10.2018    çap et  çap et